post-title

"On bir gecə" - tabuları qıran əsər

Hikmət Hacızadənin Rasim Qaracanın "On bir gecə" hekayələr toplusu barədə fikirləri:

 
 
Bizim publikanın diqqətini, mənim fikrimcə mühüm olan bir araşdırmaya, Rasim Qaracanın təqdim etdiyi "On bir gecə" adlı hekayələr toplusuna cəlb etmək istəyirəm. Düşmən mühasirəsində, ölümün bir addımlığında olan 11 cavan oğlan ocaq kənarında ilk məhəbbət və ilk seks haqqında xatirələrini biri-birlərinə danışırlar. Azərbaycanda ilk dəfə hər kəs üçün vacib olan və bizim cəmiyyətimizdə tabulaşmış ilk seks təcrübəsi mövzusuna toxunulmuşdur ki, bu mövzu psixoloji və antrapoloji nöqteyi-nəzərdən müasir Azərbaycan insanını başa düşməkdə açar rolunu oynayacaq əhəmiyyət daşıyır. 
 
Hekayələr toplusu Bokkaçonun məşhur "Dekameron" və Çoserin "Kenterberi hekayələri"nin strukturunu təkrar edir və bizə görə elə bu böyük əsərlər qədər ölməz sayılmalıdır. "On bir gecə"nin nə qədər böyük zəhmət bahasına başa gəldiyini təsəvvür edirəm, çünki hər bir hekaye gerçəkdir (!); müəllif bu hekayələrdəki qəhrəmanların hər biri üzərinde uzun müddət işləyib. Buna görə də bu əsər bizim intellektuallar tərəfindən yüksək qiymətləndirilməlidir. Hər hansı azad bir ölkədə belə mühüm bir əsər, tərəddüd etmədən antropologiya üzrə elmi dərəcəyə layiq görülərdi. Uğurlar sizə, Rasim. Haqqında danışmağa cəsarət etmədiyimiz sirləri bizim üçün açdınız.
 
Kultura.az
Yuxarı