post-title

“CadeNZa” müasir musiqi ansamblının debüt konserti keçiriləcək

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “CadeNZa” müasir musiqi ansamblının debüt konserti keçiriləcək

Dekabrın 6-sı  Üzeyir Hacıbəyli  adına  Bakı  Musiqi Akademiyasında “CadeNZa” müasir musiqi  ansamblının debüt konserti keçiriləcəkdir. 

Konsertdə Ayaz Qəmbərli, Səid Qəni  və Tahir İbişov kimi gənc  Azərbaycan  bəstəkarları ilə  yanaşı,  artıq müasir  musiqinin klassikləri hesab olunan Bela Bartok və Anton von Webernin  də əsərləri səslənəcəkdir. 

Qeyd edək ki, konsertin proqramı  çağdaş musiqinin aparıcı cərəyan və texnikaları əsasında qurulmuşdur. Konsertə giriş sərbəstdir. 
Yuxarı