post-title

Borçalıda maarifçilik

Bu günlərdə İstanbulda təhsil alan borçalılı tələbələr Novruz bayramını bərabər qeyd etdilər. Üsküdarda toplaşıb, çay süfrəsi arxasında Gürcüstanı, Borçalıdakı vəziyyəti, xüsusən təhsil məsələlərini müzakirə etdik.

 

 
Müzakirələrimiz 19 əsrin sonu, 20 əsrin əvvəlindəki Maariflənmədövrü , Axundov, Zərdabi, Cəlil Məmmədquluzadə və  digər mütəfəkkirlərimizin millətin mariflənməsi, aydınlanması üçün faliyyəti, hətta bəzilərinin kəndlərə gedərək, ağır şərtlərdə müəllimlik edərək millətin aydınlanması üçün verdiyi töhfələr ətrafında idi. 
 
Dostlardan Amil Çobanov və Loğman Astanov çox gözəl bir təşəbbüslə çıxış etdilər. Hamımız gürcü dilini mükəmməl səviyyədə öyrənmənin yollarını axtarırıq, çünki biz anlayırıq ki, gürcü dilini bilmədən bizim aldığımız təhsilin və biliklərin Gürcüstana dönərkən heç bir əhəmiyyəti olmayacaq, amma bu durum bizim geri, vətənə dönməyimizə əngəl olmamalıdır. Elə bu səbəbdən də yuxarıda adını çəkdiyim dostlar bildirdilər ki, onlar ilkin dönəmdə geri dönüb məktəblərdə müəllimlik edəcəklər,  universitetdə öyrəndiklərini, tələbəlik dönəmi əldə etdikləri təcrübələri məktəblilərlə paylaşıb, Borçalıda maariflənmə apararaq, yeni, fərqli düşünən gəncliyin yaranmasına, onun Gürcüstanda rəqabətçil gənclik olmasına və Gürcüstana inteqrasiya edərək, millətimizi layiqincə təmsil etmələrinə yardım edəcəklər.
 
Əlbəttə, bu təşəbbüs məni çox duyğulandırdı. Düşünürəm ki, bu, əla ideyadır, həm məktəblilərə dərs deyib onların bilgilənməsinə töhfə verərik, həm də bu zamanı yaxşı dəyərləndirib, gürcü dilimizi mükəmmələşdirərik.
a
Mən də öz növbəmdə Tiflisdə oxuyan Borçalılı tələbələrin, fikir babamız M. Fətəli Axundovun məzarına mütamadi olaraq, toplu halda ziyarətlər etmək təşəbbüsü ilə çıxış etdim.
 
Bu kiçik yazımla Borçalının xaricində olan, Borçalıya dönmək istəyən, amma gürcü dili əngəlini problem və ya bəhanə edən Borçalılı gənc dostlara demək istəyirəm ki, insanın içindən yardım etmək, paylaşmaq duyğusu, fikri keçəndə həmişə yeni-yeni ideyalar yaranacaq. Yetər ki, bəzi rahatlıqlardan vaz keçib, daha böyük idealların arxasından gedək.
 
Elvin Bunturk
 
Kultura.az
 
Yuxarı