post-title

Macəra qıtlığı

Uzun müddət düşündükdən sonra belə qənaətə gəldim ki, kitab evləri haqda yazım.

 

İndiyə qədər heç kim tərəfindən astronomik şəkildə qabardılaraq aktullaşmış mövzu deyil amma məni ciddən narahat elədi bu.
 
Demək, yay tətilini səmərəli keçirmək istəyən bir gənc ailsəindən pul alaraq istiqamətlənir kitab evlərinə. Müasir bir səyahətə gedən şəxs “rüqzakında” özünə lazım olacaq əşyaları xatırlıyıb çöhrəsinə təbbəsüm qonduğu kimi bu gənc də sevinirdi. Axı kitab almağa pulu var idi.
 
Az getdi, çox getdi avtobus metro keçdi gəldi çatdı kitab evinə. Nitq etikətlərinə son dərəcə riayet edərək “Ən Yeni Tərcümə” kateqoriyasına daxil olmuş macəra janrında olan kitab istəsə də aldığı neqativ cavab onu bu mövzuya müraciət etməyə vadar elədi.
 
Bir düşün, təsəvvür elə illik rentası 10 000 AZN-ə yaxın olan bir kitab evinin içində “macəra tipli kitablar yoxdu” cümləsi adamı dəli eləməzmi? Necə yəni yoxdur? Avropa və Amerikada hətta “Adventure books” adlı kitab evləri var, yəni bu teretoriyada yalnız və yalnız macəra janrlı kitablar satılır. 
 
Satıcı xanım: Bizdə yalnız uşaq ədəbiyyatı var, o da Robinzon Kruzodur.
 
Niyə axı De Foe sənətini alçaldırsan?
 
XVI-XVII əsrdə yaşayıb yaratmış publisist yazara elə şeymi demək olar? Necə yəni uşaq ədəbiyyatı? 
 
Rasional düşünsək insanı sakitləşdirən, düşünməyə məcbur etməyən, əsərin baş personajı yerində özünü təssəvür eləməyə imkan verən, ən sadə və kitab oxumaq hobbisinə adaptasiya olmaq üçün ən gözəl vasitə, məhz macəra tipli kitablardır. Mən də yayda beynimə artıq yük götürməməmək məqsədilə bu tipli kitab almaq istəsəm də alınmadı.
 
Ən azından Aristotel məntiqi ilə düşünsək insanın həyatını kitablarla müqayisə etdiyimiz zaman ona ən yaxın olan janrın məhz macəra olduğunu görərik. Yəni insanların həyatlarını bilavasitə izah edən bu janrın dilənçininin belə düşünmədiyi qara qəpik dəyərində olması qətiyyən normal deyildir bu mübarək məmləkətdə.
 
Ölkəyə xas olan “Azeroid” qadınların, təsadüfən, istənmədən söhbətlərinə qulaq asmaq bunun üçün ən sadə dəlildir. Ilk öncə birinci qadın gün ərzində başına gəlmiş prosesləri astronmikləşdirərək o birisinə, daha sonra isə dinləməkdən cuşa gəlmiş ikinci qadın isə öz macəralarını digər qadına nağıl edəckdir. Bax əsil macəra budur. Ölkəni birbaşa izah edən janr elə macəranın özüdür.
 
Nurlan Osmanlı
 
Kultura.Az
Yuxarı